Nensi Pelosi Vladimir Zelenskinin əlini öpüb

Nensi Pelosi Vladimir Zelenskinin əlini öpüb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ Konqresində onlara ölkə bayrağının təqdim edilməsi zamanı onun əlini öpüb. (...türklər demiş, Nensi kimi əl öpənləri çox olsun-A.B.)

SİA-nın əldə etdiyi məlumata görə, həmin anın videosu FAN Telegram kanalında da yayılıb.

Zelenski Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresində danışıb. Onun çıxışı təxminən yarım saat davam edib və əsasən ABŞ rəhbərliyi və Ukraynanın Rusiya Federasiyası ilə münaqişədə qələbəsi haqqında şüarlardan ibarət olub. Zelenski çıxışından sonra ölkəsinin bayrağını Pelosiyə ötürmək üçün kürsüdən uzaqlaşıb. Nümayəndələr Palatasının sədri onun əlindən tutub, əyilib öpüb.

Sonra Zelenski Pelosinin, Pelosi isə öz növbəsində Zelenskinin yanağından öpüb.

Qeyd edək ki, Ukrayna prezidentinin, Artemivskdəki döyüş bölgəsindən olan hərbçilərin ona verdiyi hədiyyəyə cavab olaraq o, üzərində ABŞ bayrağı olan qutu alıb.

Maraqlıdır ki, Kreml Zelenskinin ABŞ-a səfərini yüksək qiymətləndirib(?).

Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukrayna və ABŞ prezidentlərinin söhbətinin əsas mövzusunun münaqişənin başa çatması olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə