Danimarka Ukraynaya 37,7 milyon dollar yardım göndərəcək

Danimarka Ukraynaya 37,7 milyon dollar yardım göndərəcək

Danimarka Ukraynaya yeni yardım paketi üçün 265 milyon kron (təxminən 37,7 milyon dollar) ayırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin press-relizində deyilir. “Hökumət ukraynalılara qışdan sağ çıxmağa kömək edəcək təcili yardım paketi II ilə Ukraynaya dəstəyi artırır”. Bunu da rus saytları xəbər verir.

Departament qeyd edib ki, Ukraynanın enerji infrastrukturunun böyük hissəsi ciddi zədələnib, humanitar ehtiyaclar isə böyükdür.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın maliyyə naziri Sergey Marçenko Ukraynanın Hollandiyadan 200 milyon avro kredit aldığını açıqlamışdı.

Bu arada Avropa Şurasının rəhbəri Çarlz Mişel, Avropa İttifaqının dövlət və hökumət başçılarının Ukrayna üçün 2023-cü il üçün nəzərdə tutulan 18 milyard avro məbləğində makromaliyyə proqramını təsdiqlədiklərini bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə