“Qazprom”un xarici şirkətlər qarşısında öhdəlikləri məhdudlaşır

“Qazprom”un xarici şirkətlər qarşısında öhdəlikləri məhdudlaşır

Rusiya prezidenti Vladimir Putin “Qazprom”a “Wintershall Dea” və OMV birgə müəssisəsindən hökumətin qiymət limitindən yuxarı qaz almasını qadağan edən fərman imzalayıb. Müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məhdudiyyətlər 1 oktyabr 2023-cü il tarixinədək qüvvədədir.

Sənəddə deyilir ki, “Qazprom” və onun filiallarına Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər edən ölkələrlə əlaqəli xarici qurumlar qarşısında öhdəliklərini yerinə yetirmək qadağandır.

Söhbət təbii qazın, qaz kondensatının tədarükü və “Yujno-Russkoye” və “Urenqoyskoye”nin “Açimov” yataqlarında hasilatı ilə bağlı xidmətlərin ödənilməsindən gedir.

Qeyd edək ki, bu yataqlardan qaz və qaz kondensatının alınmasının limit qiyməti 10 gün ərzində Rusiya hökuməti tərəfindən müəyyən ediləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə