Putin deyir ki, Ukraynaya silah verməyin, biz müharibəni bitirək?
“Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılması münaqişənin uzanmasına səbəb olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya Federasiyasının rəqibləri bunun müdafiə silahı olmasından irəli gəlir.
Biz, sadəcə olaraq, bunu nəzərə alacağıq-deyən Putin, hər zaman bir antidot (əslində bu söz tibbi məfhumdur, bir növ zəhərlənmə mənası verir-A.B.) olacağını da əlavə edib.
Maraqlıdır ki, Putin , hava hücumundan müdafiə sistemlərini təchiz edənlərin bunu “boş yerə” etdiklərinə diqqət çəkib.
Prezidentin sözlərinə görə, bu cür hərəkətlər münaqişənin uzanmasına gətirib çıxarır. Putin hərbi əməliyyatların intensivləşməsinin əsassız itkilərə səbəb olduğuna diqqət çəkib.
Xatırladaq ki, daha əvvəl Amerika lideri Cozef Bayden Ukraynaya 1,85 milyard dollar həcmində hərbi yardımın yeni tranşı Ukrayna artilleriyası və tankları üçün döyüş sursatının tədarükünə dair müqavilələri nəzərdə tutduğunu demişdi.
Onun sözlərinə görə, yardım paketinə “Patriot” zenit-raket kompleksinin akkumulyatoru da daxil olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB