ABŞ prezidenti Cozef Bayden Ukrayna rəhbəri Vladimir Zelenski ilə söhbətində Rusiyanın qışdan silah kimi istifadə etdiyini qeyd edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ lideri əvvəllər Napoleon Bonapart və Adolf Hitlerin də Rusiyadakı şaxtadan şikayət etdiyini xatırladıb.
“Napoleon rusların qışdan silah kimi istifadə etdiyinə inanırdı. Hitler Stalinin qışdan silah kimi istifadə etdiyini söylədi. İndi Bayden iddia edir ki, Rusiya qışdan silah kimi istifadə edir”.
Qeyd edək ki, bu barədə Amerikalı jurnalist Cekson Hinkle yazıb.
Onu da qeyd edək ki, Bayden və Zelenski rus qışı barədə danışarkən, Ağ Evdəki gurhagur yanan kaminin qarşısında oturubmuşlar.
Amerika lideri görüşdə dəbli bahalı kostyum, Ukrayna lideri isə xaki şalvar və kofta geyinib.
Yeri gəlmişkən, rusların qışdan silah kimi istifadə etdiklərini təkrarlayan Bayden, Zelenskiyə ukraynalıların bütün dünyanı ruhlandırdığını da söyləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB