Roqozin sağalan kimi “döyüşlərə atılacaq?

Roqozin sağalan kimi “döyüşlərə atılacaq?

“Roskosmos”un keçmiş rəhbəri, hərbi məsləhətçilər qrupunun və “Çar canavarları” elmi-texniki mərkəzinin rəhbəri Dmitri Roqozin, köməkçisi Mixail Bridasovun Donetskdəki atışma zamanı həlak olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, VKontakte səhifəsində yazıb.

Onun sözlərinə görə, “silah yoldaşı” və köməkçisi Mixail Bridasov dünyasını dəyişib.

Qeyd edək ki, Roqozin bir az “basıb-kəsməyindən də” qalmayıb, sağaldıqdan sonra cəbhəyə qayıtmağı planlaşdırdığını bildirb.

Qeyd edək ki, bu gün səhər saatlarında Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin və köməkçisi Mixail Bridasov Donetskdə mehmanxananın atəşə tutulması nəticəsində yaralanıblar.

Roqozin, hazırda belindən aldığı yara ilə xəstəxanaya yerləşdirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə