Ərdoğan terror təşkilatlarına dəstək verən dairələrə reaksiya verib

Ərdoğan terror təşkilatlarına dəstək verən dairələrə reaksiya verib

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatlarına dəstək verən dairələrə reaksiya verib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Prezidenti videokonfrans vasitəsilə Bitlis viaduku və bağlantı yollarının açılış mərasimində iştirak edib.
Ərdoğan deyib: “Şəhərimizdən terror kölgəsini silməklə təhlükəsizlik və əmin-amanlığı bərqərar etdiyimiz kimi inkişaf hədəflərinin qarşısındakı maneələri aradan qaldırırıq”.
Rəcəb Tayyib Ərdoğan Türkiyə kimi Bitlisin də gündəminin artıq istehsalın inkişafı və rifah səviyyəsinin yüksəlməsi ətrafında formalaşacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə