Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı

Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı

Rusiya Prezidenti Vladimir Putin erməni iş adamı Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb.

SİA TASS-a istinadən xəbər verir ki, bununla bağlı fərman hökumət portalında dərc olunub.

“Aşağıdakı şəxslərin Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında ərizəsi təmin edilsin: 1968-ci il mayın 25-də Ermənistanda anadan olmuş Vardanyan Ruben Karlenoviç...”, - deyə fərmanda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə