Çində 5 bal gücündə zəlzələ olub

Çində 5 bal gücündə zəlzələ olub

Çinin şimal-qərbindəki Sinhay dağlıq əyalətində 5 bal gücündə zəlzələ olub.

SİA xəbər verir ki, bu barədə Çin Seysmoloji İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Qoloq-Tibet Muxtar Vilayətinin Mado mahalında yerləşib. Zəlzələ ocağı 9 km dərinlikdə qeydə alınıb. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə