ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həmin paket 1,8 milyard dollar dəyərindədir.

Qeyd olunub ki, paketə Ukrayna üçün yeni təkmilləşdirilmiş müdafiə vasitələri daxildir.

Yardım paketinə 45 000 ədəd 152 mm mərmi, 20 000 ədəd 122 mm mərmi, 100 000 ədəd 125 mm tank mərmisi və 500 ədəd 155 mm yüksək dəqiqlikli artilleriya sursatı, 2,7 min ədəd atıcı silah, qumbaraatan minalar, peyk rabitəsi, gecə görmə cihazları və başqa avadanlıqlar daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə