Linn Treysi Rusiyaya səfir təyin edildi

Linn Treysi Rusiyaya səfir təyin edildi

ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini Rusiyaya yeni səfir kimi təsdiq edib. SİA xəbər verir ki, bu haqda ABŞ parlamentinin yuxarı palatasının saytında canlı yayımda məlumat verilib.

2014-2017-ci illərdə Moskvada ikinci diplomat olan Treysi bu vəzifəni tutan ilk qadındır.

Qeyd edək ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepanın sözlərinə görə, Linn Treysinin ABŞ-ın Rusiyadakı səfir vəzifəsinə təyin edilməsi “beynəlxalq vəziyyəti yumşaltmağa” kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə