Stoltenberqə yeni vəzifə verilə bilər

Stoltenberqə yeni vəzifə verilə bilər

NATO-nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri postunu tuta bilər. SİA xəbər verir ki, bu barədə çərşənbə günü Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadən məlumat yayıb.

TV2-nin məlumatına görə, Stoltenberqin yeni vəzifəyə təyin olunması onun NATO baş katibi kimi səlahiyyət müddəti başa çatdıqdan sonra baş tuta bilər.

Yens Stoltenberq Norveçin keçmiş baş naziridir. O, 2014-cü ilin oktyabrından NATO-nun baş katibi vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə