Əgər zərurət yaranarsa, o zaman ukraynalı oliqarxlar da əlinə silah alıb səngərlərə əsgərlərin yanına getməli olacaqlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dekabrın 21-də Ukrayna Təhlükəsizlik Xidmətinin sədri vəzifəsini icra edən Vasili Malyuk məlumat verib.
Onun sözlərinə görə, Ukraynadakı oliqarxlar hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin diqqətindədir. Bəziləri isə dindirilməyə gedir.
Malyuk onu da vurğulayıb ki, lazım gələrsə, oliqarxlar əllərində silahla ölkənin müdafiəsinə getməli olacaqlar.
“Axı onlar da hamı kimi vətəndaşdırlar. Torpağı qorumaq müqəddəs hüququndan əlavə, bu, hər bir insanın müqəddəs borcudur”, - deyə Ukrayna Təhlükəsizlik Xidməti rəhbəri vəzifəsini müvəqqəti icra edən bildirib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Yeni ildən sonra yeni səfərbərlik dalğasının planlaşdırılmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB