ABŞ Senatı Linn Treysini Rusiyadakı yeni səfir kimi təsdiqləyib

ABŞ Senatı Linn Treysini Rusiyadakı yeni səfir kimi təsdiqləyib

ABŞ Konqresinin Senatı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Treysinin namizədliyini 93 senator dəstəkləyib, iki nəfər isə əleyhinə səs verib. Dinləmələrin sədri “Namizədlik təsdiq edilib”, - deyə bildirib.

Xatırladaq ki, Prezident Cozef Bayden sentyabrda ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb. Noyabrın sonunda ABŞ Senatının Xarici işlər komitəsində namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Treysi Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-Rusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə