Vladimir Putinə görə, Ukraynada tezliklə heç nə olmayacaq, yəni ğlkənin bütün əraziləri paylanacaq.
SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyasının prezidenti dekabrın 21-də Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
Rusiyaya gəlincə, Putin hər şeyə malik olduğunu vurğulayıb. Xüsusilə, Rusiya Federasiyasının üstünlükləri arasında nüvə triadası, Aerokosmik Qüvvələri və Hərbi Dəniz Qüvvələri var.
Bundan əlavə, lider ölkənin ordusunun daha da təkmilləşdirilməsi üzərində işləməyə hazır olduğunu açıqlayıb.
“Bizim bu potensialı artırmaq üçün hər cür imkanımız var. Və biz bunu mütləq edəcəyik”, - Rusiya Federasiyasının rəhbəri vurğulayıb bunu.
Yeri gəlmişkən, ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skot Ritter Vaşinqtonun Ukrayna liderini dəyişmək istədiyini bildirib.
Sərçəni isə gözündən vuran Macarıstanın baş naziri Viktor Orban, Ukraynadakı münaqişənin həlli üçün Rusiya və ABŞ arasında danışıqların lazım olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB