Baş Qərargah cəbhədə baş verənləri açıqlayıb

Baş Qərargah cəbhədə baş verənləri açıqlayıb

Ruslar öz səylərini Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəltməkdə davam edirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün axşam saatlarında Rusiyanın işğalı ilə bağlı vəziyyət barədə məlumat verib.

Qeyd olunur ki, düşmən Kupyansk və Liman istiqamətlərində də taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır. Amma onların bütün həmləllərinə baxmayaraq, Volınski, Polesski, Severski və Slobojanski istiqamətlərində vəziyyət ciddi şəkildə dəyişməyib, düşmənin hücum qruplarının formalaşması əlamətləri aşkarlanmayıb.

“Belarus Respublikası və Rusiya Federasiyasının silahlı qüvvələrinin müəyyən hissələri Ukrayna ilə həmsərhəd ərazilərdə olmaqda davam edirlər”, - Bu da Baş Qərargahın bəyanatında deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə