Keniyanın şimalında təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə edilən hücumda 2-si polis olmaqla 3 nəfər həyatını itirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Regional Polis İdarəsinin rəisi Corc Seda verdiyi açıqlamada bildirib.
Seda partlayış və ondan sonra baş verən qarşıdurma nəticəsində 2-si polis olmaqla 3 nəfərin həyatını itirdiyini bildirib.
Hücumdan sonra avtomobilin yandırıldığını bildirən Seda avtomobildəki bəzi şəxslərdən hələ də xəbər alınmadığını bildirib.
Keniya polisi hücum edənləri tapmaq üçün bölgədə əməliyyata başlayıb.
Hücuma görə Es-Şebab təşkilatının məsuliyyət daşıdığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB