Hə, deməli, bu arada Sankt-Peterburqun Qanunvericilik Assambleyasında "Yabloko" partiyasının fraksiyası nüvə silahından istifadəyə çağırışlara görə cinayət məsuliyyətinin tətbiqini təklif edirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, deputatlar Dövlət Dumasına qanunvericilik təşəbbüsü ilə bağlı qətnamə də təqdim ediblər.
Beləliklə, dövlət vəzifəsini tutan şəxslərin və ya kütləvi informasiya vasitələrinin nüvə silahından istifadə etməyə çağırışlarına və ya onun istifadəsinin təbliğinə görə - beş ilədək həbs və ya bir milyon rubla qədər cərimə ilə cəzalandırılması təklif olunur.
Belə ki, vətəndaşlar üçün - 100-300 min rubl məbləğində cərimə və ya üç ilə qədər həbs!
Fraksiya rəhbəri Aleksandr Şişlov qeyd edib ki, son vaxtlar kütləvi informasiya vasitələrində və rəsmi şəxslərin çıxışlarında nüvə silahından istifadənin mümkünlüyünü əsaslandırmaq məqsədi daşıyan ritorika getdikcə daha çox eşidilir və bu da, onun fikrincə, münaqişələrin sülh yolu ilə həllinin qarşısını alır və cəmiyyətdə nifrət, eləcə də təcavüz hisslərinin qızışmasına töhfə verir.
Qanunvericilik Məclisinin deputatı Boris Vişnevski isə rus saytlarına verdiyi açıqlamasında qeyd edib ki, nüvə silahından istifadə ilə bağlı rəsmilərin bəyanatları sözdən də keçə bilər. Mən bunu istisna edə bilmərəm. Əgər xüsusi hərbi əməliyyat zamanı aşkar uğursuzluqlar olarsa. Baxmayaraq ki, bu, fəlakət olacaq...
“Biz nüvə triadasının döyüş hazırlığını qoruyub saxlamağa və döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik. Bu, bizim suverenliyimizi və ərazi bütövlüyümüzü, strateji paritetimizi və dünyada ümumi güc balansını qorumağın əsas təminatıdır”.
Deyim ki, bunu ötən gün Rusiya lideri deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB