Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Billström arasında sabah keçiriləcək görüşlərdə Türkiyə ilə İsveç arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, İsveçin xarici işlər naziri Tobias Billströmün sabah Türkiyəyə səfər edəcəyi bildirilib.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Billström arasında sabah keçiriləcək görüşlərdə Türkiyə ilə İsveç arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq.
Sözügedən danışıqlarda Türkiyə-Avropa İttifaqı münasibətləri, İsveçin NATO-ya üzvlük prosesi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB