“Aparılan qismən səfərbərlik müəyyən problemləri üzə çıxardı, bu, hamıya yaxşı məlumdur və tezliklə həll edilməlidir. Bilirəm ki, lazımi tədbirlər görülür, amma biz hələ də buna diqqət yetirməliyik və bu sistemi müasir şəkildə qurmalıyıq. İlk növbədə hərbi komissarlıqlar sistemini müasirləşdirmək lazımdır. Bu, məlumat bazalarının rəqəmsallaşdırılmasına, yerli və regional hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətə aiddir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putin Müdafiə Nazirliyinin kollegiyasında etiraf edib.
Rusiya prezidenti mülki və ərazi müdafiəsinin təşkili, eləcə də sənaye ilə qarşılıqlı əlaqə sisteminin də yenilənməsini tövsiyə edib.
Maraqlıdır ki, Vladimir Vladimiroviç səfərbərlikdə birlik və birləşmələrinin yerləşdirilməsi üçün silahların, hərbi texnikanın, maddi ehtiyatların yığılması, saxlanması sisteminin də təkmilləşdirilməsini deyib.
Amma daha maraqlısı isə, kollegiya iclasında Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu da səfərbərlik sistemindəki çətinliklərdən danışıb.
Nazir bildirib ki, səfərbərlik sistemi tam hazır deyil, qismən səfərbərliyin başlaması ilə Rusiya Müdafiə Nazirliyi müəyyən çətinliklərlə üzləşib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Şoyqu Müdafiə Nazirliyinin iclasında 300 min nəfərin qismən səfərbərlik çərçivəsində çağırıldığını (?), 830 min nəfər isə iqtisadiyyatı dəstəkləmək üçün hərbi xidmətdən azad edildiyini bildirmişdi(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB