“Sarmat” qitələrarası ballistik raketləri (ICBMs) ilk dəfə olaraq yaxın gələcəkdə döyüş növbətçiliyinə keçəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.
Putin bu planların, yəni “Sarmat”ın döyüş bölgələrinə gətiriləcəyinə əminlik bildirib.
“Biz bilirik ki, sağa doğru müəyyən hərəkət var, amma bu bizim planlarımızı dəyişmir, hər şey həyata keçiriləcək”, - Putin bildirib. (...deyim ki, boğulanın saman çöpündən imdad diləməsinə bənzəyir bu-A.B.)
Yeri gəlmişkən, qeyd edək ki, “Sarmat” Rusiya strateji raket sistemi beşinci nəsil silos əsaslı ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir.
Bu silah Strateji Raket Qüvvələrində xidmətdə olan Sovet R-36M2 "Voevoda" raketlərini əvəz etmək üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, 16 avqust 2022-ci ildə “Sarmat” raket sisteminin istehsalı və təchizatı üçün dövlət müqaviləsi imzalanıb. Bundan sonra, yəni bu ilin noyabrın ikinci yarısından Makeev Dövlət Raket Mərkəzinin baş direktoru Vladimir Deqtyar raketin kütləvi istehsalına başlandığını elan edib.
Deyilənlərə görə, ICBM “Sarmat” seriyalı ballistik raketlərin istehsalı Krasnoyarsk Maşınqayırma Zavodunda həyata keçirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB