Şoyqu orduya çağırış yaşının artırılmasını təklif edib

Şoyqu orduya çağırış yaşının artırılmasını təklif edib

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin tərkibinə daxil olan zaman vətəndaşların hərbi xidmətə çağırış yaşını tədricən 18-dən 21-ə, yaş həddini isə 30 yaşa qədər artırmaq lazımdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin kollegiyasında çıxışı zamanı müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqu həmçinin, hərbi qulluqçuların sayını 1,5 milyon nəfərə, o cümlədən müqavilə üzrə xidmət edənləri isə 695 min nəfərə qədər artırmağı məsləhət bilib.

Nazir onu da vurğulayıb ki, vətəndaşların istədikləri təqdirdə müqavilə ilə hərbi xidmətə daxil olmaları və ya xidmətə başladığı ilk gündən həqiqi hərbi xidmətə çağırılmaları imkanlarının təmin edilməsi zəruridir.

Xatırladaq ki, indi 18-27 yaş arası, əvvəllər hərbi xidmət keçməmiş gənclər hərbi xidmətə çağırılırlar. 2022-ci ilin avqustunda Rusiya prezidenti Vladimir Putin hərbçilərin sayını 137 min artıraraq 1,15 milyon nəfər təyin edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə