Seneqal prezidenti Maki Sall Türkiyəyə səfər edib
Seneqal prezidenti Maki Sall Türkiyəyə səfər edib.
SİA-nın əldə etdiyi məlumata görə, Maki Sall prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edib.
Məlumata görə, görüş Prezident İqamətgahında baş tutub.
Səfər çərçivəsində Türkiyə ilə Seneqal arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Məlumata əsasən, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal məsələlər gündəmə gələcək.
Ərdoğan və Sallın birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB