Serj Sarkisyanın əmlakına həbs qoyuldu

Serj Sarkisyanın əmlakına həbs qoyuldu

Əslində, gərək ki, bu elə də bir yenilik olmamamlıdır. Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulması barədə xəbərlər üç gün bundan əvvəl erməni mediasına “ayaq açmışdı”.

Belə ki, dediyimiz kimi, təqribən üç gün bundan əvvəl bu barədə ermənilərin “hetq.am” saytı Xüsusi İstintaq Xidmətindəki mənbəyə istinadən xəbər vermişdi.

Beləliklə, Ermənistanın dövlət büdcəsinin külli miqdarda mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin əmlakına iddia edilən cinayət nəticəsində dəymiş ziyan məbləğində həbs qoyulub. Xatırladaq ki, rəsmi məlumatlara görə, mənimsəmə işində Serj Sarkisyan və “Flash” şirkətinin sahibi Barseq Beqlaryan da ittiham olunur.

Yəni Barseq Beqlaryanın əmlakına da iddia edilən cinayət nəticəsində dəymiş ziyanın məbləğinə görə həbs qoyulub.

Amma, indi belə məlum olur ki, həbs təkcə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın dövlətdən oğurladıqlarını ötürdüyü qızlarının əmlakına da həbs qoyulub.

Bu barədə bu gün ermənilərin “Lurer” saytı məlumat yayıb.

Beləliklə, ötən gün Serj Sarkisyan və onun qızları qanunsuz mənşəli əmlakın müsadirə edilməsi iddiası ilə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıblar.

Erməni saytlarının yazdığına görə, məhkəmə iclası 19 yanvar 2023-cü il saat 15:00-a təyin edilib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun həmin vətəndaşlara qarşı qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddiası üzrə işə baxacaq.

Görən, bu oğurluqlarda Sarkisyanın xaricdəki kürəkəninin adı keçmir ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə