Alen Simonyan ruslardan narazı qalıb

Alen Simonyan ruslardan narazı qalıb

Mən Rusiyanın BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışını mənfi qiymətləndirirəm

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Milli Assambleyanın sədri Alen Simonyan bu gün erməni parlamentində jurnalistlərə müsahibəsində bildirib.

Simonyanın dediyinə görə, Rusiya müttəfiq kimi daha məqsədyönlü bəyanat verə bilərdi.

Amma, erməni rəsmisinə görə, verməyib: “Bunu, adətən, Ermənistanla ümumiyyətlə sıx əlaqəsi olmayan ölkələr edir. Hesab edirəm ki, Rusiya ya bacarmır, ya istəmir, ya da eyni zamanda bacarmır və istəmir. Təəccüblənmirəm, son hadisələr göstərdi ki, Rusiya tərəfindən belə bir qiymətləndirmənin səsləndirilməsi mümkündür”, - deyə Alen Simonyan bildirib.

O qeyd edib ki, bu fikrə həm də ona görə sadiqdir ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır. “Yəni, bununla onlar öz məsuliyyətlərini azaltmaq istəyirlər”, Bunu da Alen Simonyan deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə