Putin nüvə silahını Rusiyanın suverenliyinin əsas təminatı adlandırıb
Nüvə triadası Rusiyanın suverenliyi və ərazi bütövlüyünün əsas təminatçısıdır, onun təkmilləşdirilməsini davam etdirmək lazımdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Prezident Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.
“Biz nüvə triadasının döyüş hazırlığını qoruyub saxlamağa və döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik. Bu, bizim suverenliyimizi və ərazi bütövlüyümüzü, strateji paritetimizi və dünyada ümumi güc balansını qorumağın əsas təminatıdır”, - Rusiya lideri bildirib.
Xatırladaq ki, Putin daha əvvəl Rusiyanın ardıcıl olaraq öz maraqlarını əvvəlcə sülh yolu ilə, sonra isə “mümkün olan hər şey”lə müdafiə edəcəyini demişdi.
Yeri gəlmişkən, nüvə triadası üç komponenti özündə birləşdirən nüvə silahı ilə təchiz edilmiş dövlətin strateji silahlı qüvvələrinə aiddir: strateji aviasiya, qitələrarası ballistik raketlər və nüvə sualtı raket daşıyıcıları.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB