Britaniyanın "British Airways" aviaşirkəti uçuşların 20 saat gecikməsinə görə üzr istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "British Airways"-in Antiqua və Barbudadan bəzi reyslərinin gecikməsi səbəbindən sərnişinlər Antiqua hava limanında 20 saat gözlədilər. Saatlarla gözləmək məcburiyyətində qalan sərnişinlər sosial şəbəkədə onların qurban olmasına reaksiya veriblər. "British Airways"-dən gələn yazıda, uçuşun planlaşdırılmasında yaranan texniki problem səbəbindən bəzi reyslərin təxirə salındığı bildirilib. "Səyahət zamanı yaranan narahatlığa görə üzr istəyirik." İfadənin istifadə olunduğu paylaşımda uçuşların ən qısa zamanda davam etdirilməsi üçün araşdırmaların aparıldığı bildirilib.
Bu arada "British Airways" problemin həll olunduğu və uçuşların davam etdiyi barədə açıqlama verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB