Cənubi Koreya gələn il ABŞ-la birlikdə "real" təlim ssenariləri və səhra təlimlərini artıraraq Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı yeni tədbirlər görəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali Koreyanın raket təhdidləri səbəbindən gərginlik artdığı bir vaxtda Cənubi Koreyanın Müdafiə Nazirliyi ölkənin siyasət prioritetlərini müzakirə etmək üçün toplantı keçirib. Nazirlikdən verilən açıqlamada ABŞ və Cənubi Koreyanın 2023-cü ilin ilk yarısında Ssanqyonq dəniz təlimi də daxil olmaqla 20-yə yaxın ortaq təlim proqramına başlamağı planlaşdırdığı açıqlanıb.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB