Zelenski Vaşinqtonda Baydenlə görüşəcək

Zelenski Vaşinqtonda Baydenlə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Vainqtona səfəri çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşəcək.
SİA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, hazırda görüşün keçirilməsi ilə bağlı iş aparılır.

Vurğulanıb ki, Prezident Zelenskinin Vaşinqtona səfəri ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin elanı ilə üst-üstə düşəcək. Telekanal, eyni zamanda, qeyd edib ki, hələlik ABŞ tərəfindən Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı qərar qəbul edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə