Almaniya prezidenti Çin liderinə müraciət edib

Almaniya prezidenti Pekini Ukraynadakı münaqişəyə son qoymaq üçün Moskvaya təsir göstərməyə çağırıb
Almaniya prezidenti Çin liderinə müraciət edib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Çin sədri Si Tsinpinlə söhbətində Ukraynadakı münaqişəyə son qoymaqda Çin və Avropanın ortaq marağın olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ştaynmayerin mətbuat katibi Kerstin Qammelin məlumat verib.

Onun sözlərinə görə, Almaniya prezidenti Si Cinpini Moskvaya və xüsusən də rusiyalı həmkarı Vladimir Putinə təsir göstərməyə çağırıb.

Çin lideri öz növbəsində qeyd edib ki, Ukrayna böhranının uzanması və mürəkkəbləşməsi heç kimin marağında deyil.

Qeyd edək ki, bunu Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Bundan əvvəl “Vedomosti” Çin lideri Si Cinpin dekabrın sonunda Putinlə görüşə biləcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə