İraqın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 2 terrorçusu zərərsizləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində verilən məlumatda bildirilib.
"Türkiyə Silahlı Qüvvələri terrorçulara ağır zərbələr endirməyə davam edir. İraqın şimalında uğurla həyata keçirilən "Pəncə-Kilid" əməliyyatı bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib",-deyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB