Bu arada Kosovonun baş naziri Albin Kurti çıxış edərək Rusiyanı Balkanlarda müharibəni alovlandırmaqda günahlandırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kurti rusların müharibəni qızışdıran hərəkatlarını Balkanlara köçürməkdə maraqlı olduğunu bildirib. Onun dediyinə görə, rusların bu ərazilərdə bir müştərisi var-Belqrad.
Maraqlıdır ki, rus saytları bunları deyən Kosovo səlahiyyətlisinin heç bir dəlili olmadığını bildirirlər.
Kosovonun baş nazirinin sözlərinə görə, Qərb ölkələri Rusiya ilə Serbiya arasında münasibətlərdən ehtiyatlanır. Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi artıq Kurtini tanınmamış dövlət ətrafında münaqişə yaratmaqda ittiham edib.
Belə ki, Rusiya diplomatlarının fikrincə, Qərb ölkələrinin hakimiyyət orqanları da ölkə ətrafında vəziyyəti silahlı qarşıdurma həddinə çatdırıb. Rusiyanın Serbiyadakı səfiri isə öz növbəsində Kosovo ilə münaqişədə bu ölkəyə kömək edəcəyinə söz verib.
Xatırladaq ki, dekabrın 11-də Serbiya prezidenti Kosovo ilə münaqişənin kəskinləşməsi fonunda ölkədə Təhlükəsizlik Şurasını çağırıb. O vurğulayıb ki, bu cür tədbirlər Kosovodan, xüsusən də Kurtinin özündən gələn təhdidlər səbəbindən həyata keçirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB