Əfqanıstanın Zabul əyalətində naməlum xəstəlik epidemiyası baş verməkdədir. Verilən məlumata görə, xəstəliyə hələ ki, təxminən 80 nəfər yoluxub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iki uşağın öldüyü deyilir.
Zabul Əyalət Səhiyyə İdarəsinin rəhbəri Əbdül Həkimə Həkimi bildirib ki, xəstəlik ilk olaraq Şahcoy rayonunda aşkarlanıb. Hazırda naməlum xəstəliyin əsas əlamətləri yüksək hərarət və burun qanamalarıdır.
Qeyd edək ki, bundan əvvəl Haitidə böyük vəba epidemiyası baş vermişdi. Mövcud məlumatlara əsasən, 2022-ci il oktyabrın 2-dən dekabrın 6-dək respublikada 13672 şübhəli vəba hadisəsi qeydə alınıb, onlardan 283-ü ölümlə nəticələnib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB