Ermənistan hakimiyyətinin Laçın dəhlizi ilə bağlı situasiyadakı hərəkətləri və ritorikası onun real maraqlarına ziddir.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Respublika Partiyasının nümayəndəsi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirib.
Şarmazanov hakim komandanın nümayəndələrinin Ermənistanı Qarabağla birləşdirən yeganə yolun bağlanmasının Rusiya sülhməramlılarının müstəsna səlahiyyətində olması, bəzilərinin isə Rusiyanın Ermənistanı Azərbaycan vasitəsilə İttifaq dövlətinə qoşulmağa məcbur etdiyini iddia etməsi barədə bəyanatını tənqid edib.
“Bu gün biz elə bir vəziyyətə düşdük ki, Ermənistan rəhbərliyi Qarabağda nəinki əl-qolunu yudu, onun sakinlərinin təhlükəsizlik problemlərinə göz yumdu, öz müqəddəratını təyinetmə hüququndan danışmaqdan yayındı, həm də birbaşa Rusiya sülhməramlılarını günahlandırdı”.
Şarmazanov Paşinyan hakimiyyətini Rusiya tərəfini hərbi münaqişəyə təhrik etmək və Rusiya sülhməramlılarını erməni cəmiyyətinin gözündə nüfuzdan salmaqda ittiham edib.
Maraqlıdır ki, sabiq erməni səlahiyyətlisi təəssüflə də olsa hakimiyyətin ikinci vəzifəni müəyyən qədər həll edə bildiyini də etiraf edib.
Şarmazanov, Rusiyanın regionda hərbi mövcudluğuna alternativin olmadığını geniş ictimaiyyətə çatdırmağı zəruri hesab edir.
Maraqlıdır ki, Ermənistanın NATO-ya yaxınlaşmasına qarşı çıxan Respublika Partiyasının nümayəndəsi Rusiyanın bu qarşıdurmada güzəştə getməsini, 100 il əvvəl baş verənlərə yol açacağını deyir.
Şarmazanov əmindir ki, guya Rusiyanın uğursuzluğu Türkiyə ordusunun İrəvana yolunu açacaq.
Vallah, burda deyirlər ey, camaata it hürər, bizə çaqqal.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB