Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların nəticələrinin təhlilini hazırlamalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Macarıstan rəhbərliyi deyir. Belə ki, bu barədə dekabrın 20-də EURActiv portalına müsahibəsində Macarıstanın baş nazirinin müşaviri Balaz Orban məlumat verib.
Eyni zamanda, o vurğulayıb ki, enerji böhranı baş verən kontekstdə sanksiyaların Avropa İttifaqının ayrı-ayrı ölkələrinə təsirini qiymətləndirmək xüsusilə vacibdir.
Müşavir həmçinin qeyd edib ki, Budapeşt bəzi sahələrdə Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalarından kənara çıxmağa çalışacaq.
Məsələn, sanksiyaların Rusiyadan daha çox Avropa ölkələrinə ziyan vurduğu enerji sektorunda. “Enerji bizim üçün qadağan zonadır” deyə Balaş Orban qeyd edib.
Xatırladaq ki, Macarıstan və Almaniya da daxil olmaqla, 9 Avropa İttifaqı ölkəsi qazın qiymətinə tavanın tətbiqinə qarşı çıxıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB