Belarusda məhdudlaşdırılan uçuş zonalarından biri artırılacaq

Belarusda məhdudlaşdırılan uçuş zonalarından biri artırılacaq

Belarusda məhdudlaşdırılmış uçuş zonalarından birinin müddəti beş saat uzadılacaq.

Belə ki, artıq bundan sonra Minsk vaxtı ilə saat 10:00-dan 15:00-dək Osipoviçski poliqonu üzərindəki uçuşların məhdudlaşdırılması zonasının hündürlüyü iki dəfə, yəni 20 km-ə qədər artırılacaq.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Belaruskiy Qayun” monitorinq qrupu bildirib.

Maraqlıdır ki, qarşı tərəf Belarusun cənubunda əsas məhdudlaşdırılmış uçuş zonasının 2023-cü il yanvarın 1-dək fəaliyyətini davam etdirəcəyini və hazırda uzadılmadığını deyirlər.

Bu arada qeyd edək ki, Ukraynada Belarusun Maçulişçi hava limanında yerləşdiyi Rusiyanın MiQ-31K təyyarələrinin uçuşu ilə əlaqədar tez-tez genişmiqyaslı hava xəbərdarlığı elan edilir.

Xatırladaq ki, dekabrın 14-də Rusiyanın A-50U uzaqmənzilli radar aşkarlama təyyarəsi (AWACS) Belarusun hava məkanını keçib.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev Rusiyaya məxsus bələdçi təyyarələrin və “Xəncər” ballistik raket daşıyıcılarının Belarus hava məkanında təlim keçməsini də şərh edib.

...Bu gəlişin (?) yaxşı bir şey vəd etmədiyini mən demirdim?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə