Liviyada kütləvi məzarlıq aşkar edilib

Liviyada kütləvi məzarlıq aşkar edilib

Liviyanın Terhune şəhərində aşkar edilən kütləvi məzarlıqda iki cəsəd tapılıb.
SİA-nın əldə etdiyi məlumata görə, dünən Terhune şəhərinin Suk əl-Hamis bölgəsində daha bir kütləvi məzarlığın aşkar edildiyi bildirilib.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində kütləvi məzarlıqdan şəxsiyyəti hələlik müəyyən edilməyən 2 nəfərin meyiti çıxarılıb.
Terhune şəhəri 2020-ci ilin 5 iyun tarixində ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafterə sadiq silahlılardan təmizlənmişdi.
Xəlifə Hafterə sadiq qüvvələrin silah-sursat anbarı olaraq istifadə etdiyi Terhune və Tripolinin cənubunda çox sayda kütləvi məzarlıq aşkar edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə