"İitkilər qaçınılmaz olacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"İitkilər qaçınılmaz olacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya Ukrayna arasında davam edən qanlı toqquşmalar heç də nikbin proqnoz verməyə əsas vermir. Çünki müharibənin dayanacağını zənn etmək sadəlöhvlük olardı. Hazırda müharibənin yeni mərhələsi başlayır. Çünki tərəflər arasında toqquşmalar daha faciəli şəkil alır. Hərbi əməliyyatlar daha da genişlənir. Rusiyanın Ukraynanın müxtəlif məntəqələrini durmadan raket atəşinə tutması və böyük dağıntıların, insan təlafatının olması heç kəs üçün bir sirr deyil”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli bildirib. Onun sözlərinə görə, xüsusilə vurğulamaq lazımdır ki, bugünlərdə Rusiya Prezidenti Vladimir Putin Belarusiyaya səfər etdi və Belarusiyanın preizdenti ilə görüşdü: “Onlar burada birgə bəyanat səsləndirdilər. Hansı ki, bu bəyanat artıq müharibənin miqyasının genişlənməsini deməyə əsas verir. Bütün bunları artıq Belarusiyanın da müharibəyə sürüklənməsi prosesinin başlanğıcı kimi dəyərləndirmək olar. Çünki hər iki tərəf, yəni həm Rusiya, həm də Belarusiya liderləri çox sərt bəyanatlar səsləndirdilər. Eyni zamanda Avropanın da, Qərbin də Ukraynaya hərbi və maddi dəstəyi var. Bütün dünya görür ki, bu dəstək get-gedə daha da böyüyür, güclənir. Belə olduğu halda Qərb və Rusiya qarşıdurması fonunda müharibənin daha da intensiv hal alacağı, hərbi əməliyyatların böyüyüəcəyi qaçılmazdır. Qeyd etmək lazımdır ki, Ukrayna prezidenti də öz növbəsində çox sərt bəyanatlar səsləndirir. Tərəflərin hər hansısa barışağa gəlməsindən daha çox, biri-birlərinə qarşı sərt bəyanatlar səsləndirməsinin şahidi oluruq. Belə olduğu halda müharibənin tezliklə başa çatması barədə heçnə demək olmaz. Çünki görünən odur ki, müharibə bu qış da davam edəcək.Qışın başlanması da Ukrayna üçün müəyyən çətinliklərə səbəb olur. Rusiya ordusu özünə əmindir ki, soyuq, şaxta havalarda daha böyük irəliləyişlər əldə edə bilərlər. Bütün bunlar göstərir ki, bu qış Ukrayna üçün yenə çətin keçəcək. Təəssüf ki, hərbi əməliyyatlar davam etdiyi müddət ərzində də böyük itkilərlə üzləşmək qaçınılmaz olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə