Niderlandın baş naziri üzr istədi

Niderlandın baş naziri üzr istədi

Niderlandın baş naziri Mark Rutte ölkəsinin qlobal köləlik sistemindəki tarixi roluna görə üzr istəyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Haaqa Milli Arxivində çıxışı zamanı bildirib.

Rutte qeyd edib ki, köləlik çox sayda insana böyük əzablar gətirib. Bu əzab hələ də onların nəsillərinin həyatına, o cümlədən irqçi stereotiplər və ayrı-seçkilik yolu ilə təsir edir.

Onun sözlərinə görə, Niderland əsrlər boyu köləlikdən qazanc əldə edib.

Qeyd edək ki, Niderland müstəmləkələrində köləlik rəsmi olaraq 1863-cü ildə ləğv edilsə də, onun dolayı təzahürləri bəzi ərazilərdə onilliklərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə