Böyük Britaniyanın Baş naziri Rişi Sunak müttəfiqlərini Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir bunu Baltikyanı regiona səfəri zamanı bildirib.
Nazir Danimarka, Estoniya, Finlandiya və Latviyanın Ukraynaya dəstək görtərməsinin vacib olduğunu vurğulayıb.
O, həmçinin əlavə edib ki, Böyük Britaniya Ukraynaya yüz minlərlə artilleriya patronu göndərəcək.
Sunak Rusiyanın qoşunlarını Ukraynadan çıxarmayana qədər sülh danışıqlarının mümkün olmayacağını da diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB