Makron fransız hərbçilərinə ruslardan şikayət edib

Makron fransız hərbçilərinə ruslardan şikayət edib

Fransa prezidenti Emmanuel Makron rus hərbi gəmiləri və təyyarələrinin "dost olmayan davranışı"ndan Fransa ordusuna şikayət edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Fransanın “Le Figaro” qəzeti yazır.

Bildirilir ki, Makron ənənəvi olaraq qarşıdan gələn Milad bayramı münasibətilə hərbçiləri təbrik etmək üçün bazar ertəsi, dekabrın 19-da Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisinə baş çəkib.

Qəzet Fransa liderinin gəminin ekipajı qarşısında çıxışından sitat gətirib: "Rusiya hava və dəniz gəmiləri ilə müxtəlif qarşılıqlı əlaqələr zamanı təsdiq edə bildiyiniz peşəkarlığınızı alqışlayıram".

Xatırladaq ki, bir müddət bundan əvvəl Makron bir daha rusiyalı həmkarı Vladimir Putinə zəng etmək niyyətində olduğunu açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə