"Səfərbərlik olmayacaq!"

Yeni ildən sonra Ukraynada növbəti səfərbərlik dalğasının keçiriləcəyini söyləmək mümkün deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dekabrın 19-da keçirdiyi brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlıq Qərargahının kadrlar şöbəsinin rəisi Roman Qorbax məlumat verib.

Onun sözlərinə görə, hələ ki, belə planları yoxdur.

“Onun həyata keçirilməsinə təsir edən bütün amillər çoxdan nəzərə alınıb. İndi biz plana uyğun işləyirik və heç bir dalğa gözlənilmir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi ölkədə yeni səfərbərlik dalğasını istisna etmirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə