Bu arada Stanislav Zas, KTMT sülhməramlı qüvvələrinin yenidən yaradılmasını planlaşdırmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu qurumun baş katibi dekabrın 19-da KTMT-nin 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib. Zasın sözlərinə görə, 3800 nəfərdən ibarət sülhməramlı kontingent yaradılıb. KTMT hesab edir ki, bu kifayətdir.
“Eyni zamanda, biz çox yaxşı başa düşürük ki, lazım gələrsə, sülhməramlı qüvvələrimizin böyük bir qrupunu çox tez yerləşdirə bilərik, bunun üçün hər imkanımız var", - baş katib bildirib.
Zas həmçinin qeyd edib ki, KTMT qüvvələrin ümumi kontingentini genişləndirmək niyyətində deyil. Baş katibin vurğuladığı kimi, təşkilatın kifayət qədər yaradılmış və kollektiv müdafiə qüvvələri, çevik reaksiya və yerləşdirmə qüvvələri var.
“Hazırda təşkilatımızın ixtiyarında olan potensial nəinki böyükdür, o, istənilən təhlükənin qarşısını almaq üçün kifayətdir”, - deyə baş katib vurğulayıb.
Xatırladaq ki, Stanislav Zas Əfqanıstanın KTMT-yə üzv ölkələr üçün hələ də təhlükə mənbəyi olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB