“… Ona görə həll yolunda da qlobal olmaq lazımdır”

Paytaxt Ankarada Bolqarıstan parlamentinin sədri Vejdi Rəşidovla görüşən M.Şentop birgə mətbuat konfransında fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı artan mühacirətə diqqət çəkərək deyib...
“… Ona görə həll yolunda da qlobal olmaq lazımdır”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop miqrasiya məsələsinin qlobal problem olduğunu vurğulayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Ankarada Bolqarıstan parlamentinin sədri Vejdi Rəşidovla görüşən M.Şentop birgə mətbuat konfransında fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı artan mühacirətə diqqət çəkərək deyib: “Avropa parlament sədrlərinin iştirakı ilə miqrasiya ilə bağlı toplantı keçirməyin faydası olacaq. Biz bilirik ki, Ukraynadan gələn immiqrasiya Ukrayna ilə qonşu olan ölkələrdə, daha sonra isə bütün Avropa ölkələrində miqrasiya problemi yaradıb.

Biz Türkiyə olaraq bu problemin yalnız müəyyən ölkələrin üzərində olmasını düzgün hesab etmədiyimizi hər zaman bəyan etmişik. Miqrasiya problemi regional deyil, qlobaldır. Ona görə həll yolunda da qlobal olmaq lazımdır”.

Bolqarıstan parlamentinin sədri isə çıxışında Türkiyənin mühacirətlə bağlı işlərdəki uğurlarına təqdir etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə