Mindən çox rusiyalı turist Misirdən çıxarılıb

Mindən çox rusiyalı turist Misirdən çıxarılıb

...Artıq mindən çox rusiyalı turist Misirdən çıxarılıb, qalanları otellərə yerləşdirilib və yeməklə təmin olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Dmitri Vaxrukov bildirib.

Onun sözlərinə görə, “iFly” aviadaşıyıcısı və “TezTour” turoperatoru ilə rabitə kanalı yaradılıb.

Agentlik xatırladır ki, bu yaxınlarda “iFly” Misirə bütün reyslərini ləğv edib və ya vaxtını dəyişdirib. Aviaşirkət izah edib ki, onlarla bağlı problemlər Rusiya aviadaşıyıcılarının İordaniyanın hava məkanında uçuşlarına qoyulan məhdudiyyətlər səbəbindən yaranıb.

Hazırda şirkət alternativ yollar axtarır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə