Almaniyada səhhiyə sisteminə ağır zərbə

Almaniyada qrip hadisələrində artım, RSV tənəffüs yolu virusu, yeni növ koronavirus (Covid-19) epidemiyası, kadr çatışmazlığı və dərman qıtlığı səhiyyə sisteminə ağır zərbə endirib.
Almaniyada səhhiyə sisteminə ağır zərbə

SİA TRT-ə istinadən xəbər verir ki, Almaniya Tibb Assosiasiyasının rəhbəri Klaus Reynhardt “Tagesspiegel” qəzetinə açıqlamasında bu barədə danışıb. Bəzi dərmanların tədarükündə çətinlik çəkildiyinə diqqət çəkən Reynhardt insanları kollektiv iş yolu ilə bir-birinə kömək etməyə çağırıb: “Dərman kabinetlərindəki istifadə olunmayan dərmanlar xəstələrə çatdırılaraq qiymətləndirilməlidir”.

Almaniya Xəstəxanalar Birliyinin (DKG) prezidenti Gerald Gass da səhiyyə işçilərinin sayının 9-10% azalmasının, “Covid-19” epidemiyası, qrip və RSV respirator virusuna yoluxan uşaq sayında artımın davam etməsinin səhhiyyə xidmətlərini ləng etdiyini vurğulayıb.

Səhiyyə sistemindəki problemlərin bunlarla məhdudlaşmadığını ifadə edən ekspertlər tibbi sığorta şirkətlərindəki bürokratiyadan da şikayətləniblər:

“Səhiyyə sistemində işləmək üçün kifayət qədər ixtisaslı kadrlar yoxdur. Hər il yüz minlərlə işçi təqaüdə çıxır. Beləcə kadr çatışmazlığı artaraq davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə