Avropanın Rusiya qazından imtina etməsi ona təxminən 1 trilyon dollara başa gəlib. Bu barədə Bloombergin hesablamalarında yazılıb.
Agentlikdən verilən məlumata görə, müvafiq məbləğ Avropa şirkətləri və istehlakçılar üçün elektrik enerjisinin qiymətinin artması ilə əlaqədar alınır. Ehtimal edilir ki, bu, genişmiqyaslı enerji böhranının yalnız başlanğıcıdır və qışdan sonra anbarları yenidən qaz ehtiyatı ilə doldurmaq çətin olacaq.
Eyni zamanda, agentlik göstərir ki, tədarüklər ən azı 2026-cı ilə qədər, yəni Qətər və ABŞ karbohidrogen hasilatını artıra bilənə qədər vəziyyət düzəlməyəcək.
Analitiklərin fikrincə, Aİ-də qazın qiyməti yenidən 210 avro/mVt-a qalxarsa, o zaman Avropa təkcə tənəzzüllə deyil, həm də kəskin iqtisadi tənəzzüllə üzləşəcək.
Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov “Economics Today” FBA-ya müsahibəsində Avropada qazla bağlı vəziyyəti şərh edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB