İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən tankeri ələ keçirib və 12 nəfəri saxlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 330 min litr qaçaqmal yanacaq daşıdığı aşkarlanan tankeri ələ keçirib. Tankerdə olan 12 nəfər saxlanılıb. Hələlik məsələnin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB