Hollandiyanın köləliyə görə üzr istəməsi gözlənilir

Hollandiyanın köləliyə görə üzr istəməsi gözlənilir

Hollandiya hökumətinin 8 fərqli nöqtəyə rəsmi səfər edərək ölkənin köləlik tarixinə görə üzr istəməsi gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hollandiyada hökumətdən 7 nazir dekabrın 19-da keçmiş Hollandiyanın müstəmləkəsi olan Surinama və Karib dənizindəki Aruba, Bonaire, Kurasao, Sint Eustatius, Saba və Sint Martenə səfər edəcək. Burada Hollandiyalı nazirlərin ölkənin köləlik tarixinə görə dövlət adından rəsmi üzr istəmələri gözlənilir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə