ABŞ-ın Arizona ştatından Havay adalarının paytaxtı Honoluluya gedərkən turbulentliyə girən "Hawaiian Air" reysinin 36 sərnişininin yaralandığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təxminən 30 dəqiqə ərzində nadir turbulentliyə tutulan təyyarədə olan 278 sərnişin və 10 ekipaj üzvündən 11-i ağır olmaqla 36 nəfərin yaralandığı bildirilib.
"Hawaiian Air" öz Tvitter səhifəsində "Airbus A330" sərnişin təyyarəsində insidenti təsdiqləsə də, yaralıların sayını açıqlamayıb.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB